...

Formula 1 Azərbaycan Qran-Prisinə hazırlıq işləri davam edir

Cəmiyyət Materials 17 May 2022 00:10 (UTC +04:00)
Formula 1 Azərbaycan Qran-Prisinə hazırlıq işləri davam edir

Bakı. Trend:

Bakıda keçiriləcək Formula 1 Azərbaycan Qran-Prisinə hazırlıq işləri davam edir.

Bakı Şəhər Halqasından (Baku City Circuit) Trend-ə verilən məlumata görə, tədbir çərçivəsində quraşdırma işləri ilə əlaqədar mayın 16-da saat 23:00-dan etibarən Üzeyir Hacıbəyov küçəsinin Puşkin küçəsi və Azadlıq prospekti ilə kəsişmələrdə olan hissəsində avtomobil yolu daralıb.

Qeyd olunan saatdan etibarən Neftçilər prospekti ilə Rəsul Rza küçələrinin kəsişməsindən Neftçilər prospekti ilə Əziz Əliyev küçəsinin kəsişməsinə qədər, yolun orta hissəsində kiçik qazma işləri aparılacaq.

Qazma işləri on gün ərzində davam edəcək. Nəqliyyatın hərəkətində heç bir məhdudiyyət olmayacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti