...

Müəllimlərin yerdəyişməsi ilə bağlı vakansiya seçiminin nəticələri açıqlanıb

Cəmiyyət Materials 27 May 2022 15:43
Müəllimlərin yerdəyişməsi ilə bağlı vakansiya seçiminin nəticələri açıqlanıb

Trend-i buradan izləyin

Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

18-23 may tarixlərində keçirilən müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin vakansiya seçimi mərhələsinin nəticələri elan olunub.

Təhsil İnstitutunun İnsan Resursları Mərkəzindən Trend-ə verilən məlumata görə, müsabiqənin vakansiya seçimi zamanı ümumilikdə 953 nəfər elektron yerləşdirmə nəticəsində uğur qazanıb.

Qeyd edək ki, uğur qazanan namizədlərin sənədləri yoxlanıldıqdan sonra uyğun namizədlər tutduqları vakansiyaya təyin olunacaq. Bu məqsədlə 6-7 iyun tarixlərində sənədlərin düzgünlüyünün yoxlanılması prosesi həyata keçiriləcək.

Namizəd şəxsi səhifəsində qeyd olunan tarixdə sənədlərini təqdim etmədikdə nəticələri ləğv olunacaq və bu hal həmin namizədin yerdəyişmə etdiyi yerdən imtinası kimi qiymətləndiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti