...

AMEA Rəyasət Heyətinin xüsusi iclası keçirilib

Cəmiyyət Materials 3 İyun 2022 13:59 (UTC +04:00)
AMEA Rəyasət Heyətinin xüsusi iclası keçirilib
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

AMEA Rəyasət Heyətinin xüsusi iclası keçirilib.

Trend-in məlumatına görə iclas Azərbaycan Milli Elmlər Akademiyasının "Teknofest" festivalında iştirakının nəticələri ilə bağlı olub.

İclasda çıxış edən AMEA-nın prezidenti vəzifələrini icra edən akademik Arif Həşimov bildirib ki, festival çərçivəsində türkiyəli həmkarlarla, Türkiyə Elmlər Akademiyası və TUBİTAK-ın rəhbərliyi ilə bir sıra rəsmi işgüzar görüşlər keçirilib, qarşılıqlı əməkdaşlıqla bağlı mühüm məsələlər müzakirə edilib.

AMEA-nın vitse-prezidenti akademik Rasim Əliquliyev həmçinin qeyd edib ki, festivalın hazırda dünyada və regionda baş verən yeni sosial-iqtisadi, siyasi, geosiyasi, həmçinin elmi və mədəni proseslər kontekstində ölkədə elmi-innovativ fəaliyyətin təşkili, türk dünyası ilə əməkdaşlıq əlaqələrinin inkişafı, elmin populyarlaşdırılması, texnoloji transfer və s. istiqamətlərdə Azərbaycan elmi qarşısında bir sıra yeni vəzifələr müəyyənləşdirir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti