...

Xaçmazda Milli Qurtuluş Günü ilə əlaqədar bayram konserti keçirilib (FOTO)

Cəmiyyət Materials 15 İyun 2022 11:43 (UTC +04:00)
Xaçmazda Milli Qurtuluş Günü ilə əlaqədar bayram konserti keçirilib (FOTO)

Bakı. Trend:

Xaçmaz rayonunda 15 İyun – Milli Qurtuluş Günü ilə əlaqədar “Qurtuluşdan Zəfərə” adlı möhtəşəm bayram konserti keçirilib.

Trend-in məlumatına görə, Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, yerli hüquq mühafizə orqanlarının rəhbərləri, təhsil, səhiyyə, mədəniyyət işçiləri və ictimaiyyət nümayəndələri əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüblər.

Şəhid ailələri və Qarabağ qazilərinində iştirak etdiyi bayram konsertində ümumilli lider Heydər Əliyev və prezident İlham Əliyevin ölkəmizin inkişafı istiqamətində gördüyü işlərə dair videoçarx nümayiş etdirilib.

Respublikamızın tanınmış incəsənət ustalarının bir-birindən maraqlı ifaları iştirakçılarda xoş ovqat yaradıb.

Bayram konsertinə möhtəşəm atəşfəşanlıqla yekun vurulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti