...

Bakıda bir sıra marşrut xətləri üzrə avtobusların hərəkət intervallarında gecikmələr var (FOTO)

Cəmiyyət Materials 17 İyun 2022 19:16 (UTC +04:00)
Bakıda bir sıra marşrut xətləri üzrə avtobusların hərəkət intervallarında gecikmələr var (FOTO)
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Hazırda paytaxtın Mikayıl Useynov prospektində müşahidə edilən nəqliyyat sıxlığı səbəbindən 5, 6, 53, 88, 125, 127 və 205 nömrəli müntəzəm marşrut xətləri üzrə avtobusların hərəkət intervallarında gecikmələr müşahidə olunur.

Trend xəbər verir ki, Bakı Nəqliyyat Agentliyin Vahid Dispetçer Xidmətinin məlumatına əsasən, bu dəqiqlərdə qeyd olunan marşrut xətləri üzrə ümumilikdə 20-ə yaxın avtobus M.Usyenov prospekti boyunca 20-30 dəqiqə gecikmə ilə hərəkət edirlər. Bu səbəbdən də Neftçilər prospekti, metronun “İçəri şəhər” və “28 May” stansiyaları istiqamətlərində dayanacaqlarda sərnişin sıxlığı yaranıb.

Heydər Əliyev prospektindən Yusif Səfərov küçəsi istiqamətində müşahidə edilən nəqliyyat sıxlığı səbəbindən isə 1, 2, 13, M8, və 38 nömrəli müntəzəm marşrut xətləri üzrə avtobusların hərəkət intervallarında gecikmələr müşahidə olunur. Qeyd olunan marşrut xətləri üzrə ümumilikdə 15-ə yaxın avtobus Heydər Əliyev prospekti boyunca 20-30 dəqiqə gecikmə ilə hərəkət edirlər. Bu səbəbdən də, Mehdi Mehdizadə və Ağa Neymətulla küçələrində metronun “N.Nərimanov” və “28 May” stansiyaları istiqamətlərində dayanacaqlarda sərnişin sıxlığı yaranıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti