Bakı. Trend:
Müdafiə Nazirliyinin Baş Klinik Hospitalında Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin yaranmasının 104 illiyinə həsr olunmuş “Sistem vaskulitlər hərbi həkimlərin gözü ilə” adlı terepevtik profilli elmi-praktik konfrans keçirilib.
Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, konfransda Müdafiə Nazirliyinin və Azərbaycan Tibb Universitetinin tibb personalı, professorlar, rezidentlər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Əvvəlcə Ulu Öndərin, torpaqlarımızın suverenliyi, ərazi
bütövlüyü və müstəqilliyi uğrunda şəhid olan soydaşlarımızın
xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dövlət himni
səsləndirilib.
Elmi-praktik konfransın proqramına uyğun olaraq müxtəlif mövzularda
həkim-mütəxəssislərin məruzələri dinlənilib.
Qeyd olunub ki, konfransda əsas diqqət hərbi həkimlərin tibbi
biliklərinin təkmilləşdirilməsinə və səhiyyə sahəsində elmi-tibbi
yeniliklərin tətbiqinin genişləndirilməsinə yönəldilib.
Sonda konfrans iştirakçılarının sualları cavablandırılıb,
məruzələrə dair ətraflı fikir mübadiləsi aparılıb.