...

Əhaliyə 4 milyard manata yaxın ödənişli xidmət göstərilib

Cəmiyyət Materials 7 İyul 2022 20:23 (UTC +04:00)
Əhaliyə 4 milyard manata yaxın ödənişli xidmət göstərilib
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

2022-ci ilin yanvar-may aylarında Azərbaycanda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 8,1 faiz artaraq 3 milyard 512,1 milyon manat olub.

Bu barədə Trend-ə Dövlət Statistika Komitəsindən məlumat verilib.

Hüquqi şəxslər tərəfindən əhaliyə 2606,6 milyon manatlıq xidmət göstərilmişdir ki, bu da xidmətlərin ümumi dəyərinin 74,2 faizini təşkil edib.

Cari ilin yanvar-may aylarında hər bir ölkə sakini orta hesabla 349,6 manatlıq və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə nominal ifadədə 54,9 manat çox müxtəlif ödənişli xidmətlərdən istifadə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti