...

“Əziz Şuşa” beynəlxalq velosiped yarışının ikinci mərhələsi başlayıb (FOTO)

Cəmiyyət Materials 10 İyul 2022 10:43 (UTC +04:00)
“Əziz Şuşa” beynəlxalq velosiped yarışının ikinci mərhələsi başlayıb (FOTO)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Şuşa. Trend:

Bu gün “Əziz Şuşa” beynəlxalq velosiped yarışının ikinci mərhələsi başlayıb.

Trend xəbər verir ki, ikinci mərhələ Fuzuli Hava Limanından start götürüb, Şuşa şəhərindəki “Qarabağ” otelinin qarşısında başa çatacaq.

Yarış iştirakçıları bu mərhələdə 71 kilometr məsafədə qrup ötüşməsində bacarıqlarını göstərirlər.

Qeyd edək ki, idmançılar birinci mərhələdə şose velosipedinin fərdi ötüşmə növündə 21 kilometr məsafədə mübarizə aparıblar.

Bu növ üzrə ən yüksək nəticəni Türkiyənin “Sakarya BB Pro Team” klubunda çıxış edən Azərbaycanın elit milli komandasının kapitanı

Elçin Əsədov qazanıb. Milli komandamızın digər üzvü Musa Mikayılzadə gümüş, Rumıniyanın “CSA Steaua Cycling Team” komandasının üzvü Sergey Tsvetkov isə bürünc medala sahib olublar.

Xatırladaq ki, yarışda Türkiyə, Böyük Britaniya, Rumıniya, Gürcüstan, Monqolustan, Tacikistan, Özbəkistan və Azərbaycan komandaları mübarizə aparırlar. Ölkəmizi elit, həmçinin gənclərdən ibarət milli komandalarımız, MSN və “Triterra” klubları təmsil edirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti