...

Abituriyentlərin bir qismi qəbul imtahanlarında iştrak etməyib

Cəmiyyət Materials 22 İyul 2022 17:10 (UTC +04:00)
Abituriyentlərin bir qismi qəbul imtahanlarında iştrak etməyib
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Abituriyentlərin bir qismi II və III ixtisas qrupları üzrə 6-7 iyulda keçirilən qəbul imtahanlarında iştrak etməyib.

Bu barədə Trend-ə Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

Qeyd edilib ki, imtahanda iştirak etmək üçün ərizə təsdiq etmiş 29398 abituriyentdən (II qrup üzrə 12778 nəfər, III qrup üzrə 16620 nəfər) 509 nəfəri (II qrup üzrə 301 nəfər, III qrup üzrə 208 nəfər) imtahanda iştirak etməyib.

İmtahanda iştirak edən abituriyentlərdən 12 nəfəri qaydaları pozduqlarına görə imtahandan xaric olunub və nəticələri ləğv edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti