...

Dinimiz insanın özünə xəsarət yetirməsini, qan çıxarmasını qadağan edir - Hacı Şahin

Cəmiyyət Materials 8 Avqust 2022 09:08 (UTC +04:00)
Dinimiz insanın özünə xəsarət yetirməsini, qan çıxarmasını qadağan edir - Hacı Şahin
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Dinimiz ümumiyyətlə insanın özünə xəsarət yetirməsini qadağan edir. Xüsusilə də bunu Kərbəla hadisəsi ilə əlaqələndirmək Kərbəla hadisəsinin mahiyyətini kölgəyə salır.

Bunu Trend-ə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) nümayəndəsi Hacı Şahin Həsənli deyib.

Ş.Həsənli bildirib ki, Aşura günündə insanların özünə xəsarət yetirməsi, qan çıxarması dinimizi gözdən salan, dinimizin qadağan etdiyi əməldir.

“Ona görə də bu əməlin əvəzinə insanlara qanvermə aksiyaları keçirmək təklif olunur və məscidlərdə və tibb müəssisələrində qanvermə aksiyaları təşkil olunur. Yəni dinimizin buyurduğu kimi, bir insana həyat vermək bütün bəşəriyyəti diriltmək kimidir. Bu elə Kərbəla hadisəsinin amalları ilə də üst-üstə düşür və məntiqə də uyğundur.

Ona görə də, Aşura günündə inanclı insanlar qanvermə aksiyalarında geniş iştirak edir. Hər dəfə biz müraciət edirik ki, insanlar Aşura günü bu xeyirxah əməldə birlikdə iştirak etdinlər”, - deyə Ş.Həsənli əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti