...

Azərbaycanda məhkumlara videogörüşlər keçirmək hüququ verilir

Cəmiyyət Materials 22 Sentyabr 2022 18:11 (UTC +04:00)
Azərbaycanda məhkumlara videogörüşlər keçirmək hüququ verilir

Trend-i buradan izləyin

Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda məhkumlara videogörüşlər keçirmək hüququ verilir.

Trend-in məlumatına görə, bu barədə məsələ Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin 2022-ci ilin payız sessiyasında ilk iclasında müzakirəyə çıxarılan Cəzaların İcrası Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində (birinci oxunuş) əksini tapıb.

Layihə ilə bağlı deputat Nizami Səfərov arayış verərək bildirib ki, sənəd məhkumlara videogörüşlər keçirmək hüququn verilməsini, epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə görüşlərə məhdudiyyət qoyulduğu hallarda məhkumun xahişi olduqda qısa müddətli görüşlər telefon danışıqları və videogörüşlərlə əvəz edilməsini nəzərdə tutur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti