Bakı. Trend:
Bizim cavabdeh olduğumuz məktəblərdə istilik problemi olmayacaq.
Trend xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında "Azəriistiliktəchizatı" ASC-nin sədrinin islahatlar üzrə müşaviri Ramil Məhərrəmov deyib.
Onun sözlərinə görə, həmin qurumun istiliklə təchiz etdiyi məktəblərin sayı 250-ə qədərdir.
"Həmin məktəblərin qazanxanalarında təftiş aparılıb. Şagirdlər və valideynlər istiliklə bağlı heç bir problemin yaranmayacağına arxayın olsunlar",- R.Məhərrəmov bildirib.