...

Bu il 1300-dək məhkuma hüquqi yardım göstərilib

Cəmiyyət Materials 20 Oktyabr 2022 11:28 (UTC +04:00)
Bu il 1300-dək məhkuma hüquqi yardım göstərilib

Bakı. Trend:

Bu ilin 9 ayı ərzində Ədliyyə Nazirliyi yanında İctimai Şuranın üzvləri penitensiar müəssisələrə başçəkmələr edərək 1300-dək məhkuma müxtəlif istiqamətlər üzrə hüquqi yardım göstəriblər.

Trend-in məlumatına görə, bunu Ədliyyə Nazirliyi İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Aynur Sabitova “Dövlət xidmətlərinin göstərilməsində şəffaflığın artırılması və korrupsiya risklərinin aradan qaldırılmasına dəstək” layihəsi çərçivəsində Ədliyyə Nazirliyinin vətəndaşlara, biznes qurumlarına xidmətlərin təqdim edilməsi səviyyəsinin müəyyənləşdirilməsi üzrə monitorinq hesabatı ilə bağlı keçirilən tədbirdə deyib.

O bildirib ki, İctimai Şuranın üzvləri qulluğa qəbul prosesində, kollegiya, apellyasiya şurasının iclaslarında, şərti azad etmə institutunun tətbiqində, əfv və amnistiya aktlarının icrasında, hüquqi maarifləndirmə tədbirlərində (açıq qapı, brifinq, ictimai müzakirə, media-tur və s.) çox yaxından iştirak edirlər.

"Ədliyyə Nazirliyi həmçinin informasiya sorğuları ilə işin təşkilinə xüsusi diqqət yetirir. Belə sorğuların tam əksəriyyəti jurnalistlər tərəfindən daxil olur. Daxil olan sorğuların təhlili göstərir ki, əksər hallarda nazirliyin ayrı-ayrı fəaliyyət istiqamətləri barədə statistik göstəricilər, xüsusilə uşaqlara adların verilməsi, ad və soyadların dəyişdirilməsi, doğum, nikah və s. məsələləri mütəmadi sorğu edilir. 9 ayda 120-ə yaxın sorğunun cavablandırılması təmin edilib",- A.Sabitova qeyd edib

Məqalədə:
Xəbər lenti

Xəbər lenti