...

AzMİU-da Vüsal Qasımlının iştirakı ilə “Yaşıl iqtisadiyyat” kitabının təqdimatı keçirilib (FOTO)

Cəmiyyət Materials 21 Oktyabr 2022 15:10 (UTC +04:00)
AzMİU-da Vüsal Qasımlının iştirakı ilə “Yaşıl iqtisadiyyat” kitabının təqdimatı keçirilib (FOTO)

Bakı. Trend:

Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) dəstəyi ilə hazırladığı “Yaşıl iqtisadiyyat” kitabının təqdimatı keçirilib. Təqdimatda AzMİU-nun professor-müəllim heyəti və tələbələri iştirak ediblər.

AzMİU-nun prorektoru Orxan Naqdiyev və Biznesin iqtisadiyyatı və menecmenti kafedrasının müdiri Məhəbbət Məmmədov çıxış edərək kitab haqqında, yaşıl iqtisadiyyat və bu istiqamətdə aparılan elmi fəaliyyətin əhəmiyyətindən danışıblar.

Daha sonra İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı dirketoru Vüsal Qasımlı “Yaşıl iqtisadiyyat” kitabı ilə bağlı geniş təqdimatla çıxış edib.

Sonda Vüsal Qasımlı tərəfindən AzMİU müəllimlərinin və tələbələrinin kitab, eləcə də yaşıl iqtisadiyyatla bağlı sualları cavablandırılıb.

Qeyd edək ki, üç bölmə və yeddi fəsildən ibarət olan kitab iqlim dəyişikliyi və davamlı inkişaf, iqtisadi inkişafın ekoloji hüdudları, “yaşıl şəhərlər” üçün “yaşıl iqtisadiyyat”, enerji səmərəliliyi: Dünya alternativlər axtarışında, maliyyə və “yaşıl qərarvermə”, Azərbaycanda “yaşıl iqtisadiyyat”: Mövcud durum və perspektivlər , “yaşıl büdcə” çərçivəsi və onun Azərbaycanda tətbiqi, “yaşıl artım” və kənd təsərrüfatı: Çağırışlar və imkanlar kimi mövzuları əhatə edir.

Kitabda xüsusən də işğaldan azad olunan ərazilərimizin “yaşıl enerji” zonasına çevrilməsi istiqamətində görülən işlərə geniş yer ayrılıb. Həmçinin “yaşıl büdcə” çərçivəsi və onun Azərbaycanda tətbiqi imkanları ilə bağlı aparılan tədqiqata da yer verilib.

Kitabın elmi redaktoru İİTKM-in icraçı direktoru, professor Vüsal Qasımlıdır. Müəllifləri Ramil Hüseyn, Rəşad Hüseynov, Rəşad Həsənov, Coşqun Cəfərov və Aminə Bayramova olan monoqrafiyaya akademik Urxan Ələkbərov və professor Nazim İmanov rəy verib.

Monoqrafiya Azərbaycanda “yaşıl düşüncə” və həyat tərzinin formalaşmasına töhfə verməklə, iqtisadi inkişafa dair dövlət proqramlarının, strateji sənədlərin, regional və yerli layihələrin hazırlanması üçün nəzərdə tutulub. Bu kitabdan tədqiqatçılar, sahibkarlar, doktorantlar, magistrantlar və tələbələr də faydalana bilərlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti