...

Vəkillər penitensiar müəssisələrdə ödənişsiz hüquqi yardım aksiyaları keçirir - Nazirlik

Cəmiyyət Materials 24 Oktyabr 2022 11:16 (UTC +04:00)
Vəkillər penitensiar müəssisələrdə ödənişsiz hüquqi yardım aksiyaları keçirir - Nazirlik
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda Ədliyyə Nazirliyi ilə vəkillər arasında əməkdaşlıq yüksək səviyyədədir.

Trend-in məlumatına görə, bunu Ədliyyə Nazirliyinin İnsan Hüquqları və İctimaiyyətlə əlaqələr idarəsinin rəisi Aynur Sabitova “Vəkillik və İKT, müasir çağırışlar” mövzusunda bu gün keçirilən tədbirdə deyib.

O bildirib ki, eyni zamanda vəkillər üçün Ədliyyə Akademiyasında təlimlər, ixtisasartırma kursları təşkil olunur, təlimçi vəkillər hazırlanır.

"Mən xüsusilə vəkillərimizin nazirliyin penitensiar müəssisələrində həyata keçirdiyi ödənişsiz hüquqi yardım aksiyalarını qeyd etmək istəyirəm. Əldə olunmuş razılığa əsasən müxtəlif vəkil büroları bu işə vaxt ayıraraq könüllü belə xidmətlər göstərirlər. Mütəmadi xarakter daşıyan bu aksiyalardan məhkumlar çox geniş bəhrələnirlər. Bu işdə Anar müəllimin dəstəyi böyükdür",- idarə rəisi qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti