...

Yararsız vəziyyətdə olan məktəb binalarının sayı açıqlanıb

Cəmiyyət Materials 10 Noyabr 2022 13:26 (UTC +04:00)
Yararsız vəziyyətdə olan məktəb binalarının sayı açıqlanıb
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Hazırda Azərbaycanda 960-dan çox məktəb yararsız və ya qismən yararsız vəziyyətdədir.

Trend-in məlumatına görə, bunu elm və təhsil nazirinin müavini İdris İsayev noyabrın 10-da Milli Məclisin İctimai birliklər və dini qurumlar, Elm və təhsil, Ailə, qadın və uşaq məsələləri, Səhiyyə, Mədəniyyət komitələrinin birgə iclasında 2023-cü ilin dövlət büdcəsinin müzakirələri zamanı deyib.

Nazir müavini qeyd edib ki, həmin məktəblərdən 434-ü yararsız vəziyyətdədir: “Həmin məktəblərin təmiri və ya tikintisi üçün təxminən 3 milyard manatdan artıq vəsait lazımdır. Təbii ki, təmir işləri daim mərhələli şəkildə həyata keçirilir. Hər il təxminən 100-dən artıq məktəb ya təmir olunur, ya da yenidən inşa edilir. Bu məsələ daim diqqət mərkəzindədir və prioritet istiqamətlərdəndir”, - deyə nazir müavini qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti