...

Unibank növbəti istiqraz buraxılışı həyata keçirir

Cəmiyyət Materials 17 Noyabr 2022 18:05 (UTC +04:00)
Unibank növbəti istiqraz buraxılışı həyata keçirir

Bakı. Trend:

“Unibank Kommersiya Bankı” ASC-nin Müşahidə Şurasının 25 oktyabr 2022-ci il tarixli qərarına əsasən hər birinin nominal dəyəri 1000 ABŞ dolları olan 12 000 ədəd sənədsiz adlı, faizli, təmin edilməmiş istiqrazlarının emissiya prospekti Azərbaycan Respublikasının Mərkəzi Bankının 17 noyabr 2022-ci il tarixli məktubu ilə dövlət qeydiyyatına alınıb.

Bu istiqrazların emissiyası subordinasiya borc öhdəliyi kimi tanınır və “Unibank”ın II dərəcəli kapitalının artırılması məqsədilə həyata keçirilir. Emissiyanın həcmi 12 milyon ABŞ dollarıdır. İstiqrazların illik faiz dərəcəsi 8% olmaqla, faiz ödənişi hər 90 təqvim gününün başa çatması tarixindən növbəti 3 iş günündən gec olmayaraq həyata keçirilir. Tədavül müddəti 6 il olan istiqrazların əldə edilməsi üçün məhdudiyyətlər yoxdur. İstiqrazlar Bakı Fond Birjasının daxili qaydaları əsasında kütləvi təklif üsulu ilə hərrac vasitəsi ilə yerləşdiriləcək. Yerləşdirmə üzrə anderrayter “Unicapital İnvestisiya Şirkəti” ASC-dir.

Səhmdarların qərarı ilə həyata keçirilən kapitallaşma prosesi nəticəsində, Bankın kapitalının il ərzində ümumilikdə 29 milyon manatdan çox artırılması nəzərdə tutulub. Bu prosesin birinci mərhələsi bu ilin avqustunda başa çatıb və Bankın nizamnamə kapitalında 12 milyon manata yaxın artım olub. Kapitallaşma proqramı subordinasiya borcunun cəlbi və əlavə səhm buraxılışı olmaqla ilə iki komponentdən ibarətdir.

Hər iki komponent üzrə nəzərdə tutulan kapital artımının ilin sonunadək yekunlaşdırılması nəzərdə tutulur.

Unibank-Sənin Bankın!

Məqalədə:
Xəbər lenti

Xəbər lenti