...

Nyu-Yorkun məşhur konsert zalında ilk dəfə Azərbaycan, yəhudi və türk bəstəkarlarının musiqiləri səsləndiriləcək

Cəmiyyət Materials 21 Noyabr 2022 23:03 (UTC +04:00)
Nyu-Yorkun məşhur konsert zalında ilk dəfə Azərbaycan, yəhudi və türk bəstəkarlarının musiqiləri səsləndiriləcək

Bakı. Trend:

22 noyabr 2022-ci il tarixində təsisçisi, pianoçu Nərgiz Əliyarovanın rəhbərlik etdiyi Milli Musiqi və Qlobal Mədəniyyət Cəmiyyəti Nyu-Yorkun "Karneqi-holl" zalında “Dostluq körpüləri” adlı konsert təqdim edəcək.

Trend xəbər verir ki, Azərbaycan, yəhudi və türk bəstəkarlarının musiqilərinin səsləndiriləcəyi konsertin ideyası klassik musiqi dünyası vasitəsilə bu üç icmanın dostluq əlaqələrini daha da gücləndirməkdir.

Dahi Azərbaycan bəstəkarı Fikrət Əmirovun anadan olmasının 100 illiyinə həsr olunan tədbirdə dirijor Fuad İbrahimovun rəhbərliyi altında Nyu-York Beynəlxalq Virtuoz Orkestri (NYIVO) ilə birlikdə dünya şöhrətli musiqiçilər - skripkaçı Aleksandr Markov və pianoçu Nərgiz Əliyarova iştirak edəcəklər.

Tədbirdə “Qremmi” mükafatına layiq görülmüş türk bəstəkarı Faruk Kancın “Vox in Terra” mahnısının dünya premyerası, həmçinin Fikrət Əmirovun bəstəkar Elmira Nəzirova ilə birgə yaratdığı fortepiano və orkestr üçün ərəb mövzularında ABŞ-da premyera konserti olacaq. Digər əsərlər Romantizm dövrün yəhudi-alman bəstəkarı Feliks Mendelsson, məşhur türk bəstəkarı Nevit Kodalli və yəhudi əsilli məşhur Amerika bəstəkarı, Nyu-Yorkdan olan Corc Gerşvinin məşhur skripka konsertləridir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti