...

Ağdamda kütləvi məzarlıq aşkarlandı

Cəmiyyət Materials 23 Noyabr 2022 12:23 (UTC +04:00)
Ağdamda kütləvi məzarlıq aşkarlandı
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Azad olunmuş ərazilərdə daha bir kütləvi məzarlıq aşkarlanıb.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, noyabrın 22-də daxil olmuş məlumat əsasında polis, prokurorluq və təhlükəsizlik xidməti əməkdaşlarının iştirakı ilə işğaldan azad edilmiş Ağdam rayonunun Sarıcalı kəndi ərazisində aparılan qazıntılar zamanı oradan insan sümükləri aşkar olunub.

Onların 1992-ci ildə öldürülərək basdırılması ehtimal olunur.

Sümüklərin kimə aid olması müəyyənləşdirilməsi üçün məhkəmə-tibbi ekspertizasına təhvil verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti