...

Əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 7 milyard manatı ötüb

Cəmiyyət Materials 28 Noyabr 2022 09:39 (UTC +04:00)
Əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 7 milyard manatı ötüb
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

2022-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 6,9 faiz artaraq 7 milyard 226,8 milyon manat olub.

Bu barədə Trend-ə bu gün Dövlət Statistika Komitəsindən məlumat verilib.

Qeyd edilib ki, hüquqi şəxslər tərəfindən əhaliyə 5 milyard 511,4 milyon manatlıq xidmət göstərilib ki, bu da xidmətlərin ümumi dəyərinin 76,3 faizini təşkil edib.

Cari ilin yanvar-oktyabr aylarında hər bir ölkə sakini orta hesabla 718,1 manatlıq və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə nominal ifadədə 106,6 manat çox müxtəlif ödənişli xidmətlərdən istifadə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti