...

Qobu parkdakı yanğına görə 50 nəfər təxliyə olunub

Cəmiyyət Materials 10 Dekabr 2022 11:24 (UTC +04:00)
Qobu parkdakı yanğına görə 50 nəfər təxliyə olunub

Bakı. Trend:

Bu gün səhər saatlarında Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə, Qaradag rayonu, Müşviqabad qəsəbəsi Qobu park 2 yaşayış kompleksi bina 2 ünvanında yanğın baş verməsi barədə məlumat daxil olub.

Naizrlikdən Trend-in sorğusuna cavab olaraq verilən məlumata görə, dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri çağırış üzrə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən onmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsindən 9-cu mərtəbəsindən qədər yerləşən elektrik şitində yanğın baş verdiyi və tüstülənmənin digər mərtəbələrə yayıldığı müəyyən edilib. Tüstülənmə və kəskin iydən vətəndaşların həyatı üçün təhlükə yaranıb.

Operativ və çevik müdaxilə sayəsində yanğın qısa müddətdə söndürülüb. FHN-nin qüvvləri tərfində umumilikdə 50 nəfər təxliyə olunub. Digər mənzillər yanğından mühafizə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti