...

VTB Azərbaycan pianoçu Riad Məmmədovun solo konsertinə dəstək verəcək

Cəmiyyət Materials 15 Dekabr 2022 10:28 (UTC +04:00)

Bakı. Trend:

VTB (Azərbaycan) dekabrın 15-də Beynəlxalq Muğam Mərkəzində pianoçu Riad Məmmədovun solo konsertinin maliyyə tərəfdaşı qismində çıxış edib. Tədbir Azərbaycanda Rusiya xalqlarının mədəni irsi ili çərçivəsində Bakıdakı Rus Evi tərəfindən təşkil olunub.

Konsertdə Pyotr Çaykovskinin, Frederik Şopenin əsərləri, İohan Sebastyan Baxın “Partita” improvizasiyaları, Məmmədovun özünün fortepiano pyesləri və Vaqif Mustafazadənin “Əzizəni gözləyirik” pyesinin müəllif transkripsiyası təqdim olunacaq.

“VTB Qrupu, o cümlədən törəmə bankları indiki və gələcək nəsillərin rifahı naminə milli mədəni irsi qoruyur və dəstəkləyir. Əməkdaşlıq illəri ərzində VTB (Azərbaycan) ölkədə incəsənət sahəsində bir çox əlamətdar hadisələrə dəstək verib. Riad Məmmədov kimi musiqiçilər Azərbaycanın əsl xəzinəsidir və əminik ki, onun konserti bütün klassik musiqi biliciləri üçün layiqli hədiyyə olacaq və ölkənin mədəni səviyyəsinin daha da inkişaf etməsinə töhfə verəcək”, - deyə VTB (Azərbaycan)-ın İdarə Heyətinin sədri İqor Okaev bildirib.

VTB (Azərbaycan) ölkədə mədəni və sosial əhəmiyyətli layihələri fəal şəkildə dəstəkləyir. Bu il bank bazar günü məktəblərinin şagirdləri və aztəminatlı ailələrin uşaqları üçün yay düşərgəsi çərçivəsində maliyyə savadlılığının artırılması məqsədilə maarifləndirici təlimlər keçirib. Bundan başqa VTB (Azərbaycan) 100-dən çox insanın iştirak etdiyi gənc liderlər üçün yay universitetinin maliyyə tərəfdaşı kimi də çıxış edib.

Məlumat üçün:

Riad Məmmədov 1989-cu ildə Bakıda anadan olub. Rusiya, Azərbaycan və Kanadada keçirilən musiqi festivallarının iştirakçısı. Dünyada nadir peşəkar caz-muğam ifaçılarından biridir. Azərbaycan, Rusiya, Fransa, Belçika, İsveç və Kanadada keçirilən beynəlxalq müsabiqələrin laureatıdır. O, tanınmış orkestrlərlə çıxış edib, beynəlxalq festivallarda iştirak edib. Məmmədov yaradıcılığında müxtəlif janrları və musiqi istiqamətlərini birləşdirir. Moskva Konservatoriyasını və fortepiano üzrə aspiranturanı, habelə nəzəri aspiranturanı musiqişünas kimi bitirdikdən sonra klassik akademik repertuardan əsərlər ifa edir, eyni zamanda Rusiyada və dünyada onun səhnə və elmi maraq dairəsinə çevrilmiş muğam və caz-muğamı inkişaf etdirir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti