...

Aİ Azərbaycanla təhsil sahəsində əməkdaşlığı dərinləşdirməyi qarşıya məqsəd qoyub - Peter Mixalko

Cəmiyyət Materials 15 Dekabr 2022 11:33 (UTC +04:00)
Aİ Azərbaycanla təhsil sahəsində əməkdaşlığı dərinləşdirməyi qarşıya məqsəd qoyub - Peter Mixalko
Aygün Məhərrəmova
Aygün Məhərrəmova
Bütün xəbərlər

Bakı. Trend:

Avropa İttifaqı (Aİ) Azərbaycanla təhsil sahəsində əməkdaşlığı dərinləşdirməyi qarşıya məqsəd qoyub.

Trend-in məlumatına görə, bunu Aİ-nin Azərbaycandakı səfiri Peter Mixalko 2022-ci ilin yekunlarına dair mətbuat konfransında deyib.

Mixalko qeyd edib ki, 2022-ci ildə Aİ və Azərbaycan arasında təkcə iqtisadi-ticarət sahələrində deyil, təhsil sahəsində də irəliləyiş əldə olunub.

Onun sözlərinə görə, Aİ Azərbaycanla təhsil, o cümlədən elm və tədqiqat sahəsində tərəfdaşlığı daha da gücləndirmək məqsədi daşıyır.

"Erasmus+ proqramına Azərbaycanın 25-ə yaxın universiteti cəlb olunub. Aİ-dən getdikcə daha çox tələbə Erasmus+ proqramı çərçivəsində təhsil almaq üçün Azərbaycana gəlir", - deyə Mixalko bildirib.

O əlavə edib ki, 2014-2020-ci illərdə Aİ-dən 1200-dən çox tələbə Azərbaycan universitetlərində təhsil alıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti