...

Ötən il 140-a yaxın şəxsin nikah yaşı azaldılıb

Cəmiyyət Materials 15 Dekabr 2022 14:04 (UTC +04:00)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Keçən il Ədliyyə Nazirliyinin qeydiyyat şöbələrinə erkən nikah yaşı ilə bağlı 256 müraciət daxil olub.

Trend-in məlumatına görə, bu barədə Milli Məclisin Ailə, qadın və uşaq məsələləri üzrə komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2021-ci il üzrə məlumatında əksini tapıb.

Qeyd edilib ki, Ədliyyə Nazirliyinin qeydiyyat şöbələri tərəfindən nikaha daxil olmaq üçün müraciət etmiş 256 erkən nikah yaşında olan (18 yaşadək) gəncin erkən nikahın və qohumlar arasında nikahın həyat və sağlamlığa, həyat keyfiyyətinə, mənəvi-psixoloji inkişafına mənfi təsiri barədə məlumatlandırılması təmin edilib.

İl ərzində Ədliyyə Nazirliyinin qeydiyyat orqanlarında Ailə Məcəlləsinin tələblərinə uyğun olaraq yerli icra hakimiyyətləri tərəfindən nikah yaşı 1 il azaldılmış 139 şəxsin nikahı dövlət qeydiyyatına alınıb, onlardan 138-nin qadın, 1-nin isə kişi olduğu müəyyən edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti