...

Məişət zorakılığına qarşı tədbirlər sərtləşdirilməlidir - Tamam Cəfərova

Cəmiyyət Materials 15 Dekabr 2022 14:46 (UTC +04:00)
Məişət zorakılığına qarşı tədbirlər sərtləşdirilməlidir - Tamam Cəfərova
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda 100 min nəfərə düşən intihar halları 4-5 % arasındır. Bu rəqəmlər bizə təskinlik verməməlidir. Çünki hər intihar bir ailənin faciəsidir.

Trend xəbər verir ki, bunu deputat Tamam Cəfərova Milli Məclisin Ailə, qadın və uşaq məsələləri üzrə komitəsinin bu gün keçirilən iclasında deyib.

O qeyd edib ki, kişilərin intihar sayı qadınlardan çoxdur. “Qadınların intiharının səbəblərindən birincisi məhz məişət zorakılığıdır. Yeniyetmələrin intiharına gəlincə, sonradan məlum olur ki, onlar valideynlərinin münaqişəsindən yorulub intihar ediblər. Bütün bunlar tək Azərbaycanın yox, dünyanın problemidir. Bu sahədə tədbirlər daha da sərtləşdirilməlidir. Hətta hesab edirəm ki, uşaqlara qarşı cinsi zorakılıq edənlər, pedofillər axtalansın”, - deyə o bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti