Bakı. Trend:
Dünyanın hər yerində olduğu kimi əsas problem işsizlikdir.
Trend-in məlumatına görə, bunu bu gün bunu gənclər və idman naziri Fərid Qayıbov "Gələcəyə hazır ol" karyera inkişafı forumunda deyib.
F.Qayıbov qeyd edib ki, nazirlik tərəfindən bu istiqamətdə bir sıra layihələr hazırlanıb.
“Yerli" layihəsi çərçivəsində 3 ay ərzində 240 nəfərdən artıq gənclə görüşdük. Bir çoxu regionlarda iş tapa bildilər. Onlar heç bir yerə getmədən internet üzərindən SMM deyilən sahə üzrə iş qurub pul qazanırlar”,- deyə nazir əlavə edib.