Bakı. Trend:
Minimum əməkhaqqının artırılması üçün 440 milyon manata yaxın vəsait ayrılması nəzərdə tutulur.
Trend-in məlumatına görə, bunu bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Əliyev “Yeni sosial islahat mərhələsinə keçid”lə bağlı keçirilən brifinqdə deyib.
O qeyd edib ki, minimum əməkhaqqı artırılacaq şəxslərin 440-450 mini dövlət sektorunda çalışanlardır.