...

DİM III qrupa imtahan verənlərə müraciət edib

Cəmiyyət Materials 6 Yanvar 2023 17:05 (UTC +04:00)
DİM III qrupa imtahan verənlərə müraciət edib
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Dövlət İmtahan Mərkəzi (DİM) ali təhsil müəssisələrinə III ixtisas qrupu üzrə ədəbiyyat fənnindən imtahan verəcək abituriyentlərə müraciət edib.

Mərkəzdən Trend-ə verilən məlumata görə, ədəbiyyat fənnindən qəbul proqramına daxil edilmiş C.Məmmədquluzadənin “Anamın kitabı”, C.Cabbarlının “Oqtay Eloğlu”, İ.Əfəndiyevin “Xurşudbanu Natəvan”, S.Vurğunun “Vaqif” əsərlərinin və “Koroğlu” eposundan “Həmzənin Qıratı qaçırması” qolunun dərslikdə verilməyən, lakin oxunması tövsiyə olunan hissələri ilə aşağıdakı keçidlərdən tanış olmaq mümkündür:

1. C. Məmmədquluzadə “Anamın kitabı”

2. C. Cabbarlı “Oqtay Eloğlu”

3. İ. Əfəndiyev “Xurşudbanu Natəvan”

4. S. Vurğun “Vaqif”

5. “Koroğlu” eposundan “Həmzənin Qıratı qaçırması” qolu

Qəbul imtahanlarında həmin hissələr üzrə tapşırıqlardan da istifadə edilməsi nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti