...

ƏƏSMN-in fəaliyyət sahələri üzrə son bir ayda 50 minə yaxın elektron arayış verilib

Cəmiyyət Materials 3 Fevral 2023 19:10 (UTC +04:00)
ƏƏSMN-in fəaliyyət sahələri  üzrə son bir ayda 50 minə yaxın  elektron arayış verilib

Bakı. Trend:

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət sahələrinə dair elektron arayış xidmətləri vasitəsilə son bir ayda 50 minə yaxın e-arayış verilib.

Nazirlikdən Trend-ə verilən məlumata görə, onlardan böyük hissəsini müavinət və təqaüd, pensiya təminatı, əlillik və iş yerinə, məşğulluğa dair arayışlar təşkil edib.

Son 5 ildə əmək, məşğulluq, sosial təminat, əlillik, reabilitasiya və s. sahələr üzrə elektronlaşma proqramı çərçivəsində Nazirliyin 30 e-arayış xidməti də istifadəyə verilib.

Nazirliyin e-arayış xidmətləri vətəndaşlara iş yerinə və əlilliyə dair, pensiya, müavinət, təqaüd, maddi yardım, ünvanlı yardım, dövlət tərəfindən mənzil və avtomobillə təmin edilmə, fərdi şəxsi hesab və s. barədə e-qaydada arayış əldə etmələrinə imkan verir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti