...

Beynəlxalq səyahətçilər erməni işğalından azad edilən Füzulidə kütləvi məzarlıqları ziyarət ediblər (FOTO)

Cəmiyyət Materials 4 Fevral 2023 18:07 (UTC +04:00)
Beynəlxalq səyahətçilər erməni işğalından azad edilən Füzulidə kütləvi məzarlıqları ziyarət ediblər (FOTO)

Füzuli. Trend:

Hazırda Ermənistanın işğalından azad edilmiş Azərbaycan ərazilərində olan beynəlxalq səyahətçilər Füzuli rayonunun Aşağı Seyid Əhmədli kəndindəki kütləvi məzarlıq yerləri ilə tanış olublar.

Bu barədə Trend-in müxbiri xəbər verib.

Qeyd edək ki, beynəlxalq səyahətçilər bu gün səhər saatlarında Xocavənd rayonu ərazisinə və Şuşa şəhərinə səfər ediblər.

Şuşa şəhərində turistlər Laçın-Xankəndi yolunda Azərbaycan qeyri-hökumət təşkilatları nümayəndələrinin dinc mitinqinin şahidi olub, məşhur Cıdır düzünü ziyarət ediblər. Onlar icra hakimiyyətinin binasına baş çəkib, erməni vandalizminə məruz qalan Azərbaycanın tanınmış mədəniyyət xadimləri Natəvanın, Bülbülün və Üzeyir Hacıbəylinin büstlərinin yerləşdiyi şəhərin mərkəzi meydanında xatirə şəkilləri çəkdiriblər, həmçinin şəhər qalasına baş çəkiblər.

Səyahitçilərə işğalçıların Azərbaycanın mədəni irs abidələrinə vəhşi münasibətindən danışılıb.

Nümayəndə heyətinin üzvləri Şuşada aparılan tikinti-bərpa işləri ilə də tanış olublar.

Füzulidə minanın təmizlənməsi prosesinin şahidi olublar.

Xatırladaq ki, fevralın 4-də beynəlxalq səyahətçilərdən ibarət nümayəndə heyətinin Ermənistan işğalından azad edilmiş Azərbaycan ərazisinə altıncı səfəri baş tutur.

Nümayəndə heyətinin tərkibinə ABŞ, Böyük Britaniya, İrlandiya, Belçika, Almaniya, Fransa, Danimarka, Niderland, İtaliya, İspaniya, Braziliya və Rusiya olmaqla 12 ölkənin nüfuzlu şəxsləri daxildir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti