...

Media subyektlərinə vergi güzəştləri büdcəyə 10 milyon manata başa gələcək

Cəmiyyət Materials 6 Fevral 2023 11:30 (UTC +04:00)
Media subyektlərinə vergi güzəştləri büdcəyə 10 milyon manata başa gələcək
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Media subyektlərinə tətbiq edilən vergi güzəştləri dövlət büdcəsinə 10 milyon manata başa gələcək.

Trend-in məlumatına görə, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili komitənin bu gün keçirilən iclasında media subyektlərinə güzəştlərin tətbiqi il bağlı Vergi Məcəlləsinə dəyişikliyin müzakirəsi zaman deyib.

O bildirib ki, media subyektlərinə dəstək olaraq bu az məbləğ deyil, ancaq medianin inkişafı dövlət büdcəsinin digər sahələrdən gələn gəlirlərinin artmasına imkan verəcək.

Komitə sədri qeyd edib ki, Azərbaycandan xaricə milyonlarla reklam pulları axır. “Sosial şəbəkələrə baxsaq bunu görə bilərik. Bu gün sosial şəbəkələr reklam baxımından media subyeklərini üstələyir, onların daha çevik alətləri var. Vergi dyişiklikləri media subyektlərinə də daha çevik işləməyə imkan verəcək”, - deyə o qeyd edib.

Qeyd edək ki, Vergi Məcəlləsinə edilən dəyişikliklərə əsasən, media subyektləri (audiovizual media subyektləri istisna olmaqla) tərəfindən istehsal olunan media məhsullarının təqdim edilməsi, habelə Azərbaycan Respublikasında daimi nümayəndəlik yaratmayan qeyri-rezident şəxslər tərəfindən media subyektlərinə (audiovizual media subyektləri istisna olmaqla) media fəaliyyəti ilə bilavasitə bağlı olan işlərin görülməsi və xidmətlərin göstərilməsi – 2023-cü il yanvarın 1-dən 3 il müddətinə gəlir vergisindən və əlavə dəyər vergisindən azad edilir.

Dəyişikliklər “Media haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsində medianın inkişafının təşviqi və media subyektlərinin fəaliyyətini stimullaşdırması nəzərdə tutulur. Həmin qanuna uyğun olaraq Azərbaycan Respublikasının Vergi Məcəlləsinə dəyişikliklər edilməsi təklif olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti