...

Ərdoğanın zəlzələ ilə əlaqədar Türkiyənin 10 əyalətində fövqəladə vəziyyətin tətbiqi ilə bağlı sərəncamı dərc edilib

Cəmiyyət Materials 8 Fevral 2023 01:38 (UTC +04:00)
Ərdoğanın zəlzələ ilə əlaqədar Türkiyənin 10 əyalətində fövqəladə vəziyyətin tətbiqi ilə bağlı sərəncamı dərc edilib

Bakı. Trend:

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın zəlzələ ilə əlaqədar Türkiyənin 10 əyalətində fövqəladə vəziyyətin tətbiqi ilə bağlı sərəncamı dərc edilib.

Trend xəbər verir ki, sərəncama əsasən, Türkiyənin Adana, Adıyaman, Diyarbəkir, Qaziantep, Hatay, Kahramanmaraş, Kilis, Malatya, Osmaniye və Şanlıurfa əyalətlərində fevralın 8-i saat 01:00-dan etibarən 3 ay müddətinə fövqəladə vəziyyət elan edilib.

Xatırladaq ki, ötən gün Türkiyədə səhər saatlarında 7.7 bal gücündə zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub.

Son məlumatlara əsasən, zəlzələ nəticəsində 5 894 nəfər həlak olub, 34 810 nəfər isə yaralanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti