...

Hatayda 10 yaşlı qız uşağı dağıntı altından çıxarılıb

Cəmiyyət Materials 12 Fevral 2023 12:04 (UTC +04:00)
Hatayda 10 yaşlı qız uşağı dağıntı altından çıxarılıb

Bakı. Trend:

Türkiyənin Hatay vilayətində baş verən zəlzələnin 147-ci saatında 10 yaşlı qız uşağı dağıntılar altından xilas edilib.

Trend-in məlumatına görə, episentri Kahramanmaraş vilayətində olan zəlzələ nəticəsində dağılan binaların dağıntılarında axtarış-xilasetmə işləri davam edir.

Cudi adlı qız uşağı təcili tibbi yardım maşını ilə xəstəxanaya çatdırılıb.

Qeyd edək ki, fevralın 6-da Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olan zəlzələ 10 vilayətdə ciddi dağıntılara səbəb olub. Zəlzələdən zərər çəkmiş 10 vilayətdə üç ay müddətinə fövqəladə vəziyyət rejimi elan olunub. Həmçinin Türkiyədə bir həftəlik matəm elan olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti