...

Dövlət Məşğulluq Agentliyi Avropa Sosial Şəbəkəsinə üzv qəbul olunub

Cəmiyyət Materials 21 Fevral 2023 09:57 (UTC +04:00)
Dövlət Məşğulluq Agentliyi Avropa Sosial Şəbəkəsinə üzv qəbul olunub
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi sosial xidmətlər sahəsində mötəbər beynəlxalq təşkilatlardan olan, ümumilikdə 160-dan çox üzvü özündə birləşdirən Avropa Sosial Şəbəkəsinə üzv qəbul olunub.

Nazirlikdən Trend-ə verilən məlumata görə, son illər aparılan sosial islahatların tərkib hissəsi kimi, Agentliyin fəaliyyət sahələrində innovativ həllərin geniş tətbiqi, məşğulluq xidmətlərinin rəqəmsallaşdırılması, çevik və şəffaf təşkili təmin olunub. Bu xidmətlərə əlçatanlığın və aktiv məşğulluq tədbirlərinin effektivliyinin, əhatə dairəsinin, əmək bazarında rolunun artırılması istiqamətində önəmli addımlar atılıb. Qeyd olunan nailiyyətlər beynəlxalq təşkilatlar tərəfindən də maraqla qarşılanır.

Avropa Sosial Şəbəkəsinə üzvlük Agentliyə bu Təşkilatın tədbirlərində, həmin Şəbəkə üzərindən Avropanın və dünyanın məşğulluq sahəsində qabaqcıl təcrübələrinin mübadiləsi prosesində iştirak, yeni tərəfdaşlarla əməkdaşlıq imkanları qazandırır.

Həmçinin məşğulluq sahəsində dünyanın mütərəqqi təcrübələrinin ölkəmizdə tətbiqinə şərait yaradacaq, bu təcrübələrin tətbiqi Avropanın peşəkar ekspertləri tərəfindən analiz ediləcək, yeni proseslər üçün təklif və tövsiyələr veriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti