...

Abşeron göllərində su nümunələrinin kimyəvi və mikrobioloji təhlil nəticələri açıqlanıb

Cəmiyyət Materials 21 Fevral 2023 15:16 (UTC +04:00)
Abşeron göllərində su nümunələrinin kimyəvi və mikrobioloji təhlil nəticələri açıqlanıb
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Böyükşor gölünün suyunda ammonium ionunun miqdarı normadan 4, sintetik səthi aktiv maddələr 2.7, E-coli şərti xəstəliktörədən bakteriyaların miqdarı isə 2 min 660 dəfə normadan artıqdır.

Trend-in məlumatına görə, bunu Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin rəisi Nazim Mahmudov Abşeron göllərinin ekoloji vəziyyətinə dair keçirilən ictimai dinləmədə deyib.

Onun sözlərinə görə, Zığ gölünün suyunda sintetik səthi aktiv maddələrin miqdarı normadan 2.9, ammonium ionunun miqdarı normadan 5, neft karbohidrogenlərinin miqdarı isə 19 dəfə artıqdır, E-coli şərti xəstəliktörədən bakteriyaların miqdarı isə normanı 730 dəfə ötüb:
"Xocəsən gölündən götürülən su nümunələrinin kimyəvi və mikrobioloji təhlili onu göstərir ki, gölün suyunda ammonium ionunun miqdarı normanı 10.4, oksigenin biokimyəvi sərfi 22 dəfə normanı keçib. E-coli şərti xəstəliktörədən bakteriyaların miqdarı normadan 3 min 840 dəfə artıqdır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti