...

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Cəmiyyət Materials 21 Fevral 2023 16:34 (UTC +04:00)
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Bakı. Trend:

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 456 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Trend-ə verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 146, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 139, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 148, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 23 nəfərdir.

Vurulan vaksinlərin ümumi sayı 13 947 492, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 403 764, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 878 527, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 399 669, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 265 532 nəfər təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti