...

Naxçıvan Ali Məhkəməsinə yeni hakim təyin edilib

Cəmiyyət Materials 24 Fevral 2023 11:55 (UTC +04:00)
Naxçıvan Ali Məhkəməsinə yeni hakim təyin edilib
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə yeni hakim təyin edilib.

Trend-in məlumatına görə, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilib.

Milli Məclis sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli iclasda Bakı Apellyasiya Məhkəməsinin hakimi Səadət İnayət qızı Bəktaşinin Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimi təyin edilməsi ilə bağlı məsələni təqdim edib.

Müzakirələdən sonra məsələ səsverməyə qoyularaq qəbul edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti