Bakı. Trend:
Fevralın 26-da Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 175 doza vaksin vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Trend-ə bildirilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 59, ikinci doza vaksinlərin sayı 36, üç və daha çox doza vaksinlərin sayı 68, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 12-dir.
Azərbaycanda bu günə qədər vurulan vaksin dozalarının ümumi sayı 13 milyon 948 min 730, birinci mərhələ üzrə vurulan peyvənd dozalarının ümumi sayı 5 milyon 404 min 111, ikinci mərhələ üzrə 4 milyon 878 min 899, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 400 min 116 pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 265 min 604-dür.