...

TƏBİB Hacı Şahinin ölümünün səbəbini açıqlayıb

Cəmiyyət Materials 2 Mart 2023 10:01 (UTC +04:00)
TƏBİB Hacı Şahinin ölümünün səbəbini açıqlayıb

Bakı. Trend:

1974-cü il təvəllüdlü Hacı Şahin Həsənlinin səhhətində yaranan narahatlıqla bağlı TƏBİB-in tabeliyindəki Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına 02.03.2023-cü il tarixində saat 05:30 radələrində çağırış daxil olub. Saat 05:43 radələrində təcili tibbi yardım briqadası ünvana çatıb. Ürək tutmasından həkiməqədər ölüm qeydə alınıb.

Bu barədə Trend-ə TƏBİB-dən bildirilib.

Qeyd edək ki, ailəsinin bildirdiyinə görə, Ş.Həsənli 01.03.2023-cü il tarixində özəl tibb müəssisələrdən birinə müraciət edib və müayinələrdən keçib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti