...

Hacı Şahin dəfn olunub (FOTO)

Cəmiyyət Materials 2 Mart 2023 16:27 (UTC +04:00)
Hacı Şahin dəfn olunub (FOTO)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) sədrinin səlahiyyətli nümayəndəsi, din xadimi Hacı Şahin Həsənli "Qurd qapısı” qəbiristanlığında dəfn edilib.

Trend xəbər verir ki, dəfn mərasimində dini qurumların nümayəndələri, rəsmi şəxslər və vətəndaşlar iştirak edib.

Xatırladaq ki, Hacı Şahin Həsənli gecə saatlarında ürəktutmasından dünyasını dəyişib. Hacı Şahinin vəfatı ilə bağlı Baş Prokurorluqda araşdırma başladılıb.

Qeyd edək ki, Hacı Şahin Həsənli 1981-ci ildə Bakı şəhər 189 saylı orta məktəbin rus bölməsinә daxil olub, 1991-ci ildə həmin məktəbi bitirib. 1991-ci ildə Azərbaycan Texniki Universitetinin Maşınqayırma fakültəsinə daxil olub. 1995–1997-ci illərdə hərbi xidmətdə olub. 1999-cu ildə ADTU-dakı təhsilini bitirib. 2001–2004-cü illərdə Bakı Dövlət Universitetinin Tarix fakültəsində ikinci ali təhsil alıb.

1998–2001-ci illərdə təsisçilərindən olduğu "İkmal" Gənclər Birliyinə sədrlik edib. Rəhbərlik etdiyi qurum ölkənin müxtəlif rayonlarında nümayəndәliklər açıb, ümumrespublika miqyasında müxtəlif tədbirlər keçirib. Fəaliyyətinin əsas istiqaməti milli-mənəvi dəyərlərin, sağlam həyat tərzinin və vətənpərvərlik hissinin gənclər arasında təbliği olub.

2013-cü ildə "Məşədi Dadaş" məscidinə axund, 2014-cü ildə isə Qafqaz Müsəlmanları İdarəsinin Nəsimi rayonu üzrə səlahiyyətli nümayəndəsi təyin olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti