...

MÜSİAD Azərbaycan daha bir yeniyetməni İngiltərəyə oxumağa göndərəcək

Cəmiyyət Materials 11 Mart 2023 19:00 (UTC +04:00)
MÜSİAD Azərbaycan daha bir yeniyetməni İngiltərəyə oxumağa göndərəcək

Bakı. Trend:

İngiliscə danışaraq məşhurlaşan Xınalıq kənd sakini 13 yaşlı İbrahim Zeynalov ilə, daha bir balaca həmyerlimiz Bayramov Tofiq Hacıbaba oğlu MÜSİAD Azərbaycan tərəfindən İngiltərəyə oxumağa göndəriləcək.

Bu barədə Trend-ə MÜSİAD-dan daxil olan məlumatda bildirilir. Məlumatda qeyd olunur ki, hal-hazırda həmyerlilərimizin xaricdə təhsil alması üçün lazımi işlər görülür.

Qeyd edək ki, Bayramov Tofiq 2008-ci ildə Quba şəhərində doğulub və hal hazırda orada yaşayır. Quba Fizika İnformatika Təmayüllü liseyi şagirdi olan Tofiq, bir sıra beynəlxalq və Respublika səviyyəli yarışların iştirakçısı və qalibdir. O əsasən müxtəlif robotların hazırlanması,oyuncaq avtomobillərin modifikasiya ilə məşğuldur.

2022-ci ildə Bakıda keçirəln beynəlxalq STEM yarışmasında "SURVİVOR" axtarış və xilasetmə robotunun hazırlanması layihəsi uzrə qızıl medalla təltif edilib və "Yaxşıların Yaxşısı" seçilib.

Məlumat üçün bildirək ki, MÜSİAD Azərbaycan və MÜSİAD İngiltərə ingiliscə danışaraq məşhurlaşan Xınalıq kənd sakini 13 yaşlı İbrahim Zeynalovu İngiltərəyə oxumağa göndərəcək.

Zeynalovun sosial şəbəkələrdə Qubanın Xınalıq kəndində polşalı turistlə kənd haqqında maraqlı söhbəti yayılıb.

13 yaşlı İbrahim sinifdə "ingilis dili çempionu" olduğunu bildirib. O, Türkiyədə oxumaq istədiyini, orada dostunun yaşadığını da bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti