...

Evlərin sənədləşdirilməsi problemi ölü nöqtədən tərpənmir - Musa Quliyev

Cəmiyyət Materials 17 Mart 2023 13:11 (UTC +04:00)
Evlərin sənədləşdirilməsi problemi ölü nöqtədən tərpənmir - Musa Quliyev
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Milli Məclisdə icazə olmadan tikilən fərdi yaşayış evlərinin sənədləşdirilməsi məsələsi qaldırılıb.

Trend-in məlumatına görə, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev parlamentdə hökumətin hesabatının müzakirəsi zamanı deyib ki, rəsmi məlumatlara görə belə evlərin sayı 500 mindən artıqdır.

“Neçə illərdir ki, bu məsələ Milli Məclisdə qaldırılır, hökumət qərarları verilib. Di gəl ki, problem ölü nöqtədən tərpənmir. Problemin vaxtında və əsaslı həll edilməməsi yeni problemlər yaratmaqdadır. Sənədsiz evlər sənədsiz məhəllələrə, sənədsiz məhəllələr sənədsiz qəsəbələrə çevrilməkdədir. Bu ərazilərdə yaşayan on minlərlə insanın qazlaşdırma, su- kanalizasiya, uşaq bağçası, məktəb, xəstəxana, aptek, içtimai nəqliyyat və s. ehtiyacları qarşılana bilmir. Qeydiyyatda olmadıqlarına görə bu vətəndaşlar seçki hüquqlarından istifadə edə bilmirlər. Çox hörmətli cənab baş nazir! Sizdən xahiş edirəm bu məsələnin qısa zamanda həlli üçün tapşırıq verəsiniz və prosesi nəzarətinizə götürəsiniz”, - deyə M.Quliyev əlavə edib.

Xatırladaq ki, bu gün Azərbaycan hökuməti Milli Məclisdə hesabat verir, iclasda Baş nazir Əli Əsədov, nazirlər iştirak edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti