...

ADPU tələbələri şəhid və qazi ailələrini Novruz xonçaları ilə təbrik edib (FOTO)

Cəmiyyət Materials 27 Mart 2023 14:16 (UTC +04:00)
ADPU tələbələri şəhid və qazi ailələrini Novruz xonçaları ilə təbrik edib (FOTO)

Bakı. Trend:

Novruz bayramı günlərində Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialının Tələbə Gənclər Təşkilatının (TGT) təşkilatçılığı ilə filialın tələbələri torpaqlarımızın işğaldan azad olunması uğrunda gedən 44 günlük Vətən müharibəsində şəhid olmuş həmvətənlərimizin və qazilərin ailələrinə baş çəkiblər.

Ailələrlə görüş zamanı Vətən naminə canlarını qurban vermiş şəhidlərimizin adının xalqımız tərəfindən daim uca tutulduğu, onların qəhrəmanlıqlarla dolu həyat yolunun gənclərə örnək olduğu bildirilib, ölkəmizin ərazi bütövlüyünün təmin olunması, müharibədə qələbənin qazanılmasında şəhidlərimizin, qazilərin əvəzsiz xidmətlərindən bəhs olunub.

Tələbələr şəhid və qazilərin ailələrini Novruz xonçaları ilə təbrik edib, şəhidlərimizin ruhu qarşısında dərin hörmət və ehtiramla baş əydiklərini və ömürboyu onlara borclu olduqlarını bildirib, qazilərə tezliklə sağlamlıqlarına qovuşmalarını diləyiblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti