...

ADPU-da “YENİ Klub” təsis olunub (FOTO)

Cəmiyyət Materials 30 Mart 2023 13:57 (UTC +04:00)
ADPU-da “YENİ Klub” təsis olunub (FOTO)

Bakı. Trend:

Martın 30-da Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) “YENİ Klub”un təsis toplantısı keçirilib.

Əvvəlcə universitetin foyesində Heydər Əliyevin büstü önünə gül dəstələri qoyulub.

Tədbirdən öncə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Təsis toplantısını giriş nitqi ilə açan ADPU-nun rektoru professor Cəfər Cəfərov ali təhsil müəssisəsində tələbələrin ictimai-sosial aktivliyini və onların şəxsi inkişafını dəstəkləyən klubun formalaşdırılmasının mühüm əhəmiyyətə malik olduğunu bildirib. O, “YENİ Klub”un önəmli təşəbbüslər irəli sürərək faydalı layihələr reallaşdıracağına inamını ifadə edib və uğurlar arzulayıb.

Daha sonra “YENİ Klub”un rəhbəri İsmayıl Nəsirov, koordinatorlar Günay Tairli, Ayişə Əliyeva təqdimatla çıxış ediblər.

Klub haqqında ətraflı məlumat verən gənclər qeyd ediblər ki, klub ali təhsil müəssisəsi daxilində digər tələbə təşkilatları ilə birgə fəaliyyət göstərəcək, yarışlar, müsabiqələr, layihələr, təlimlər, tədbirlər təşkil edəcək.

Çıxışında ali təhsil müəssisələrinin nəzdində “YENİ Klub”ların formalaşdırılmasının əhəmiyyətindən bəhs edən Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin (YAP GB) sədri Bəxtiyar İslamov qeyd edib ki, klublar tələbələrin şəxsi inkişafını dəstəkləməklə bərabər, onların cəmiyyətdə təşəbbüskar rolunun artırılmasında da mühüm rol oynayacaq.

Qeyd edək ki, YAP Gənclər Birliyinin təşəbbüsü ilə formalaşdırılan “YENİ Klub”ların yaradılmasının məqsədi ali təhsil müəssisələrində tələbələrin iştirakı ilə ictimai-sosial, vətənpərvərlik, fərdi inkişaf, idman və bir sıra digər istiqamətlərdə müxtəlif təşəbbüslərin həyata keçirilməsi, çoxşaxəli layihələrin reallaşdırılmasıdır.

Sonda xatirə fotosu çəkdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti