...

“Danışan Əllər” layihəsi yekunlaşdı (FOTO)

Cəmiyyət Materials 4 Aprel 2023 11:17 (UTC +04:00)
“Danışan Əllər” layihəsi yekunlaşdı (FOTO)

Bakı. Trend:

“Heydər Əliyev İli” çərçivəsində Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, “Gənclərin Maarifləndirilməsinə Dəstək” İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilən “Danışan Əllər” layihəsi yekunlaşdı!

Layihə çərçivəsində fiziki məhdudiyyəti olan gənclərlə birlikdə master-klaslar həyata keçirildi.

Gənclərimiz Ebru sənəti, keramika qab boyama və rəsm çəkməklə vaxtlarının səmərəli dəyərləndirdilər.

Layihə iştirakçısı olan gənclərin hər biri sertifikatla mükafatlandırıldı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti