...

Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolunun eni normadan 8 metr az olacaq

Cəmiyyət Materials 6 Aprel 2023 15:56 (UTC +04:00)
Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolunun eni normadan 8 metr az olacaq
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolunun eni normadan 8 metr az olacaq.

Trend-in məlumatına görə, bunu Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolunun yenidən qurulması ilə bağlı ictimai dinləmədə "Gidrotransproyekt" Elmi Tədqiqat Mərkəzinin direktoru Natiq Əliyev deyib.

O, belə bir addımın ekoloji təhlükəsizlik baxımından atıldığını deyib.

"Yolun texniki vəziyyəti yaxşı deyildi, təhlükəsizlik baxımından maneələr var idi. Orada təhlükəsizlik ram təmin olunur. Region turizm cəhətdən çox əlverişlidir. Dövlətin son illərdə bu istiqamətə diqqəti artır. Bu regionda turizmin inkişaf etdirilməsi üçün tapşırıqlar var. Ayrı-ayrı obyektlər tikilib istifadəyə verilir. Bu obyektlərə, eyni zamanda, rayon mərkəzinə təhlükəsiz çatmaq üçün yolun normalara uyğun genişləndirilməsi çox mühümdür. Normalara uyğun olaraq 4 zolaqlı yolun eni 25 metr olmaldır. Amma orda yolun sağında və solunda meşə əraziləri var. Bu halda mənfi ekoloji təsirlər çox olur. Nazirlər Kabinetinin qərarına görə, xüsusi hallarda icazə verilən normalara uyğun olaraq yolun eninin 17 metr olacağına qərar verdik. Bu, normadan 8 metr azdır. Bununla belə, yolda təhlükəsizlik normaları təmin olunacaq", - o qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti