...

AzMİU ilə "Code Academy" arasında əməkdaşlıq məsələləri müzakirə olunub (FOTO)

Cəmiyyət Materials 7 Aprel 2023 11:22 (UTC +04:00)

Bakı. Trend:

"Code Academy" şirkətinin direktoru Ülvi Aslanovun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) olub.

AzMİU rektoru professor Gülçöhrə Məmmədova qonaqlarla görüşündə innovasiya sahəsində qabaqcıl şirkətlərlə universitet arasındakı əməkdaşlıqdan danışıb və bunun tələbələr üçün önəminə toxunub.

"Code Academy"in rəhbəri Ülvi Aslanov şirkət haqqında məlumat verib və kadr hazırlığı sahəsində universitetlərlə əməkdaşlıqda maraqlı olduqlarını ifadə edib. O, “Code For Future” və növbəti illərdə gerçəkləşməsi nəzərdə tutulan layihələr haqqında danışıb.

Görüşdə AzMİU ilə "Code Academy" arasında əməkdaşlıq məsələləri müzakirə olunub və əlaqələrin gücləndirilməsi qərara alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti