...

DGK sahibkarın iddialarına cavab verib (FOTO)

Cəmiyyət Materials 13 Aprel 2023 14:51 (UTC +04:00)
DGK sahibkarın iddialarına cavab verib (FOTO)

Bakı. Trend:

Dövlət Gömrük Komitəsi (DGK) “Güvən 2012” MMC tərəfindən 2023-cü il 14 mart tarixində bəyan olunan malların gömrük dəyəri ilə bağlı Aslanov Ramil Xurşud oğluna istinadən sosial şəbəkələrdə yayılan video görüntülər və söylənilən şəxsi mülahizələrinə cavab verib.

Komitə qeyd edir ki, “Güvən 2012” MMC tərəfindən 2023-cü il 14 mart tarixində bəyan olunan mallara (3 adda mətbəx üçün su kranları, duş kranları, arko kranlar və onların hissələri) fiziki baxış zamanı malların dəyərinin hazırlandığı material tərkibinin xammal dəyərindən aşağı olduğu müəyyən olunmuşdur.

"Mövcud qanunvericiliyin tələbinə uyğun olaraq gömrük dəyəri ilə bağlı bəyannaməçiyə Bakı Baş Gömrük İdarəsi tərəfindən elektron qaydada rəsmi bildiriş təqdim olunmuşdur.

“Güvən 2012” MMC tərəfindən Aslanov Ramil Xurşud oğluna malların bəyan
edildiyi 2023-cü il 14 mart tarixindən xeyli sonra, yəni 2023-cü il 4 aprel tarixində
etibarnamə verilib, 2023-cü il 4 aprel tarixindən etibarən vətəndaş Komitənin vəzifəli
şəxsləri tərəfindən 2023-cü il 7,8,11 aprel tarixlərində qəbul edilib. Keçirilən
qəbullarda “Güvən 2012” MMC tərəfindən bəyan olunan malların dəyərinin eyni və
eynicinsli malların sövdələşmə qiyməti ilə müqayisədə aşağı olduğu, gömrük
dəyərinin fakta uyğun olmadığı, gömrük dəyərinin müəyyən edilməsi qaydaları
barədə məlumatlar onun diqqətinə çatdırılmış, həmçinin izah edilmişdir ki, Bakı Baş
Gömrük İdarəsi tərəfindən elektron qaydada təqdim edilmiş bildirişi məhkəmə
qaydasında mübahisələndirə bilər.

Gömrük - biznes əməkdaşlığının genişləndirilməsində marağını ifadə edərək Dövlət
Gömrük Komitəsi könüllü riayətetmə, habelə malların keyfiyyət parametrlərinə uyğun
dəyərlə bəyan edilməsi məsələlərinin diqqətdə saxlanılmasını sahibkarlardan xahiş
edir.

Gömrük rəsmiləşdirilməsinin tez və rahat həyata keçirilməsi məqsədilə mal-müşayiət
sənədlərinin (müqavilə, invoys, malın haqqının ödənişinə aid bank təsdiq sənədləri,
ixrac ölkəsinin bəyannaməsinin surəti və s.) gömrük orqanlarına vaxtında təqdim
etmələri sahibkarlara tövsiyə olunur".

(bəyan edilən və eynicinsli malların şəkilləri əlavə edilir)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti