...

Elnur Rzayev Mirzəmmədqışlaq və Şıxlar kəndlərində şəhid ailələrini ziyarət edib (FOTO)

Cəmiyyət Materials 13 Aprel 2023 18:41 (UTC +04:00)
Elnur Rzayev Mirzəmmədqışlaq və Şıxlar  kəndlərində şəhid ailələrini ziyarət edib (FOTO)

Bakı. Trend:

Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev Vətən müharibəsinin şəhidləri Sərxan Osman oğlu Mirzəmmədov və Pərvin Natiq oğlu Məmmədovun ailələrini ziyarət edib.

Trend xəbər verir ki, görüş zamanı şəhidlərimizin fotolarından və şəxsi əşyalarından ibarət xatirə guşələrinə baxış keçirilib, ruhlarına dualar oxunub.

Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev hər iki şəhidin ailəsinə bir daha başsağlığı verərək, Vətənə ləyaqətlə xidmət edən vətənpərvər övladlar böyütdükləri üçün onlara təşəkkür edib. Şəhidlərin əziz xatirəsinin əbədi olaraq xalqımızın yaddaşına həkk olunduğu, hər zaman hörmət və ehtiramla xatırlanacaqları qeyd edilib.

Elnur Rzayev hazırda Bakı şəhərində müalicə alan şəhid atası Osman Mirzəmmmədovun sağlıq durumu ilə maraqlanıb, tezliklə sağalaraq geri dönməsini arzulayıb.

Şəhid ailələri onlara göstərilən həssas münasibətə görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident, Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Qeyd edək ki, Sərxan Mirzəmmədov ölümündən sonra “Suqovuşanın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Vətən uğrunda” və “Cəsur döyüşçü” medalları ilə Pərvin Məmmədov isə ölümündən sonra “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə” və “Hərbi xidmətlərə görə” medalları ilə təltif olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti