Bakı. Trend:
Ali təhsil müəssisələri çox dar profilə sahibdir.
Trend-in məlumatına görə, bu barədə bu gün elm və təhsil naziri Emin Əmrullayev Keyfiyyət Təminatı Agentliklərinin fəaliyyətinin Avropa Ali Təhsil məkanında keyfiyyət təminatı üzrə standart ve təlimatlara uyğub teşkili adlı kollegial məşvərət iclasında çıxışında deyib.
Nazir qeyd edib ki, universitetlərin beynəlxalq reytinq cədvəlinə düşməsi üçün bir sıra proseslər dəyişməlidir.
“2026-cı ilə qədər bu məsələ ilə bağlı qarşımızda bir sıra çağırışlar dayanır. Biz daha çox keyfiyyətə önəm verməliyik, nəinki universitetlərin daxilində olan məsələrə”,- deyə nazir əlavə edib.